Maska taxmayanlar cərimələnəcək - Qərar qüvvəyə mindi - VİDEO

Maska taxmayanlar cərimələnəcək - Qərar qüvvəyə mindi - VİDEOKoronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddətində bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə məcburidir. Bu qaydalara əməl etməyənlər inzibati qaydada cərimə olunacaqlar. Polis səhər saatlarından şəhərdə nəzarəti gücləndirib. Xatırladaq ki, yeni qaydalara əsasən bəzi fəaliyyət növləri var ki, onlar da həftəsonları işləməyəcək.

Tibbi maskadan istifadə etmədiyi üçün polis vətədaşları saxlayır. Onlara yeni qaydalara əsasən açıq məkanda da maskadan istifadənin məcburi olduğu izzah edirlər. Polislər paytaxtın Nəsimi rayonu metronun ''28-may'' stansiyasının yaxınlığında vətədaşlara xəbərdarlıq edirlər.

Qeyd edək ki, tibbi maska taxmayan şəxslər aşkar edilikdə polis onları inzibati qaydada cərimə edib.

Elşad Hacıyev mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələrini tövsiyə edir. Xatırladaq ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən tibbi maskadan başqa bəzi qadağalar da qüvvəyə minib. Əvvəlki günlərdə olduğu kimi xüsusi karantin rejminin qüvvədə olduğu dekabr ayının 28-ə qədər həftəsonları ictimai nəqliyyat işləməyəcək. Bundan başqa şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Bunlara restoranlardan tutmuş, gözəllik salonları və bərbərxanalar da daxildir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin bu gündən 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi də tövsiyə edilib.

QRAFİK:
- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər.
- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları.
- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri.
- kommunal xidmətlər, meliorasiya və su təsərrüfatı xidmətləri.
- qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri.
- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri.
- kütləvi informasiya vasitələri.
- mühafizə xidmətləri.

Qeyd edək ki, bütün bunlara polis nəzarət edəcək və qaydaları pozanlar inzibati qaydada cərimə olunacaqlar. Daxili İşlər Nazirliyinin əməkdaşı Elşad Hacıyev bildirdi ki, polisin yoxlamaları dekabr ayının 28-dək davam etdirəcək.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1313   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 285
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 342
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 149
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 178