Vanetsyan elan etdi: Qarabağ razılaşmasına qarşı...

Vanetsyan elan etdi: Qarabağ razılaşmasına qarşı...Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Ermənistan Baş naziri Nikol Paşinyanın müxalifətin Qarabağla bağlı 9 noyabrda imzalanan Bəyanatı ləğv etmək istəyi barədə açıqlamasını təkzib edib.

Axar.az xəbər verir ki, A.Vanetsyan bu barədə İrəvanda bu gün keçirilən mitinqdə danışıb.

O deyib ki, heç kəs Qarabağ razılaşmasını ləğv etməyə hazırlaşmır:

"Biz sadəcə, müharibəni uduzan şəxs kimi Nikol Paşinyanın istefa verməsini tələb edirik".

Vanetsyan, həmçinin onu da qeyd edib ki, Qarabağda müharibənin başlamasına səbəb Paşinyanın bərbad xarici siyasəti olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2592   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş