Aktrisa paylaşımına görə tənqid edildi

Aktrisa paylaşımına görə tənqid edildiTürkiyəli aktrisa Öykü Çelik xəbərdarlıqlara və qadağalara baxmayaraq ötən həftə iki dəvətə qatılıb.
33 yaşlı məşhur bir neçə gün sonra COVID-19 testi elətdirib. Analiz nəticələri mənfi çıxan Öykü sosial media hesabında gündəm yaradacaq paylaşım edib.

Aktrisa paylaşımında "Hamı vicdanlı olmalıdır. Ətrafınızda bu virusa yoluxanlara diqqət yetirin: Sadəcə restorana yemək yeməyə gedənlər bu virusa yoluxur yoxsa, ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalanlar?" sözlərini qeyd edib.

Sosial media istifadəçiləri aktrisanın bu paylaşımına səssiz qalmayıb. Yazılan statusa "Çörək pulu qazanmaq üçün ictimai nəqliyyatdan istifadə edənləri özünlə necə müqayisə edə bilərsən?" kimi rəylər yazaraq aktrisanı tənqid ediblər.(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1535   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş