"WhatsApp"da daha bir VACİB YENİLİK: Bir çoxlarının işi asanlaşacaq - FOTO

"WhatsApp"da daha bir VACİB YENİLİK: Bir çoxlarının işi asanlaşacaq - FOTOMəşhur "WhatsApp" messenceri öz istifadəçilərini daha bir yeniliklə sevindirəcək.

BiG.AZ ixbt.com-a istinadən xəbər verir ki, yeni funksiya geniş stiker kolleksiyasına malik istifadəçilər üçün nəzərdə tutulub.

Belə ki, artıq "WhatsApp"ın iOS üçün beta-versiyasında "stiker axtarışı" funksiyası mövcuddur. Bu o deməkdir ki, tez cavab vermək istəyən istifadəçilər artıq uyğun stikeri (yaxud animasiya olunmuş GİF-i) tapmaq üçün getdikcə artan geniş stiker siyahısını əl ilə fırlatmalı olmayacaqlar. Bunun əvəzinə, onlar axtarış bölməsinə açar söz yazmaqla, yaxud smayl əlavə etməklə istədikləri stikeri daha tez tapa biləcəklər.

Hələlik "stiker axtarışı" funksiyası yalnız bir neçə beta-test və "WhatsApp Business" istifadəçisi üçün mövcuddur. Adi istifadəçilər üçün yeniliyin nə zaman əlçatan olacağı məlum deyil.

"WhatsApp"da daha bir VACİB YENİLİK: Bir çoxlarının işi asanlaşacaq - FOTO"WhatsApp"da daha bir VACİB YENİLİK: Bir çoxlarının işi asanlaşacaq - FOTONatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 815   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş