Putin Qarabağla bağlı BMT və ÜST-ə MÜRACİƏT ETDİ

Putin Qarabağla bağlı BMT və ÜST-ə MÜRACİƏT ETDİRusiya Prezidenti Vladimir Putin BMT strukturları, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ərzaq Proqramı kimi təşkilatları Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin nümunəsini izləməyə çağırıb.

BiG.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Səfərbərlik və beynəlxalq yardım vəzifəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür işlərin əsası sülhməramlılarımız sayəsində yaradıldı. Bilirəm ki, bir çox ölkələrdə insanlar Dağlıq Qarabağdakı vəziyyətdən narahatdırlar, orada çox çətin vəziyyətdə olan insanlar üçün narahatlıq keçirirlər. Lakin hazırda humanitar təşkilatların əməkdaşları üçün təhlükəsiz şərait yaradılıb, təmin edilib", - deyə V.Putin bildirib.

Onun sözlərinə görə, bu sahədə lider rol Beynəlxalq Qırmızı Xaç Komitəsinə düşür, qurumun prezidenti isə təşkilatın İrəvanda və Bakıda aktivliyini genişləndirməyə hazır olduğunu bildirib. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1699   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş