Kianu Rivz yüksək qrafikalı KOMPÜTER OYUNUNDA - VİDEO

Kianu Rivz yüksək qrafikalı KOMPÜTER OYUNUNDA - VİDEOÇoxları tərəfindən sevilən məşhur Hollivud ulduzu Kianu Rivz yeni "Cyberpunk 2077" kompüter oyununda çəkilib.

BiG.AZ xəbər verir ki, "CD Projekt RED" şirkətinin hazırladığı oyunun treyleri və pərdəarxası "Cyberpunk 2077"in rəsmi "YouTube" kanalında yayımlanıb.

İlk videoda Rivzin çəkiliş meydançasındakı işi göstərilir. Aktyor dəfələrlə cizgi filmlərinin və sənədli filmlərin obrazlarını səsləndirdiyini, lakin bu layihənin daha genişmiqyaslı olduğunu vurğulayıb.

Oyunun rəsmi treyleri olan ikinci videoda onun səsləndirdiyi obraz (Conni Silverhand) haqqında danışılır.

"CD Projekt RED" şirkətinin oyun tərtibçiləri Adam Badovski və Marçina Ivinski bildiriblər ki, oyunçular studiyanın növbəti oyununu bir az da gözləməli olacaqlar. Oktyabr ayının sonunda buraxılış bir ay təxirə salınıb.

"Cyberpunk 2077"nin satışa çıxarılması dekabrın 10-na planlaşdırılır.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 650   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş