Mənsum İbrahimov Bakıdan Ağdama köçür - EKSKLÜZİV AÇIQLAMA

Mənsum İbrahimov Bakıdan Ağdama köçür - EKSKLÜZİV AÇIQLAMAXalq artisti Mənsum İbrahimov BiG.AZ- izləyiciləri ilə sevinc hislərini bölüşüb.

Xanəndə doğulub boya-başa çatdığı Ağdamın erməni işğalından azad olunmasını sevinc gözyaşları ilə qarşıladığını bildirdi.

"30 ildir həsrətini çəkdiyim torpağıma qovuşuram. Sözlə ifadə etmək çox çətindir. Ağdam mənim üçün qibləgahdır, müqəddəsdir.

Mən o torpağın bir parçasıyam. O torpaqda doğulmuşam, böyümüşəm, formalaşmışam, səsimi o torpaqda qazanmışam. Bizə yuxu kimi gəlir.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun gücü 44 günə o torpaqlar bizə qaytarıldı. Bu o qədər böyük zəfərdir ki, bəlkə də indi biz onu dərk edə bilmirik. Mən sevincimdən ağladım. Xalqımızın hər bir üzvünə yalnız sevinc gözyaşları axıtmağı arzu edirəm.

Mən Ağdama köçəcəyəm və orada yaşayacağam.

Xalqımızın gözü aydın olsun!"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1487   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş