"WhatsApp"da YENİLİK: Artıq bunu edə biləcəksiniz

"WhatsApp"da YENİLİK: Artıq bunu edə biləcəksiniz"WhatsApp" tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

BiG.AZ Oxu.az istinadən xəbər verir ki, yeni funksiya barədə "Wabetainfo" məlumat verib.

Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.

Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.

Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda "WhatsApp" istifadəçilərinin ixtiyarına veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2519   Tarix: 19 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş