Qəhvə orqanizmə nə vaxt zərər vurur?

Qəhvə orqanizmə nə vaxt zərər vurur?Kofedən yanlış istifadə orqanizm üçün zərərlidir.

BiG.AZ xəbər verir ki, bu barədə "Radio Sputnik"ə həkim-endokrinoloq, dietoloq Aleksey Kalinçev bildirib.

"Ənənəvi səhər qəhvəsini heç bir halda ac mədəyə içmək olmaz", - deyə Aleksey Kalinçev xəbərdarlıq edib. Onun sözlərinə görə, bu içkinin acqarına istifadəsi həzm yolunun xroniki xəstəliklərinin kəskinləşməsinə gətirib çıxara, qastritə, mədə yarasına, pankreatitə səbəb ola bilər.

"Əslində həmin xəstəliklər hamımızda bu və ya digər mərhələdə var, sadəcə onlar məktəb, tələbə illərində yüngülləşmə vəziyyətində ola bilərlər", - mütəxəssis müsahibəsində vurğulayıb.

Həkim qəhvənin acqarına istifadəsini "yanlış qida davranışı" ilə əlaqələndirir. İnsanda "sağlam aclıq" hisləri yoxdur, o səhərlər yemək istəmir var və gümrahlaşmaq üçün qəhvə içir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 571   Tarix: 18 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş