Ronaldo: "Uşaqlıqda pulsuzluqdan hamburger qalıqlarını yeyirdim" - FOTO

Ronaldo: "Uşaqlıqda pulsuzluqdan hamburger qalıqlarını yeyirdim" - FOTOHazırda dünyanın ən varlı futbolçularından olan portuqaliyalı Kriştiano Ronaldo uşaqlıqda yaşadıqlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.

Ronaldo: "Uşaqlıqda pulsuzluqdan hamburger qalıqlarını yeyirdim" - FOTOBiG.AZ haberler.com-a istinadən xəbər verir ki, o, uşaq ikən pulsuzluqdan hamburger qalıqlarını yediyini danışıb:

"12 yaşımda demək olar ki, heç pulum yox idi. Portuqaliyada eyni yaş qrupundakı oyunçuların yanında idim. Mənim üçün, ailəm üçün çətin bir dönəm idi. Bir hamburger restoranı var idi. Orada artıq qalan hamburgerləri paylayırdılar. Edna adlı bir qadın işçi digər iki qadınla bizə kömək edirdilər."

Bu qadınlardan birinin adı Paula Lekadır. O, Ronaldo haqqında bunları danışıb:

Ronaldo: "Uşaqlıqda pulsuzluqdan hamburger qalıqlarını yeyirdim" - FOTO"Onlar restoranın qarşısına gəlirdilər və bir neçə burger qaldıqda, menecer onları uşaqlara paylamağımıza icazə verirdi. Bu uşaqlardan biri Kriştiano Ronaldo idi. Həmişə zamanında restoranın qarşısında olardı. O, demək olar ki, hər axşam gəlirdi".

Paula bir çoxlarının, hətta oğlunun belə, bu hadisəyə inanmadığını deyib.

Ronaldo o dövrdə Paula ilə birlikdə burger dükanında işləyənlərin yaxşılığını heç zaman unutmur, onları yeməyə dəvət edir və hər birinə tək-tək təşəkkürünü bildirir.

Futbolçu qeyd edib ki, ən böyük kədəri atasının indiki günlərini görməməsidir:

"Dünyanın ən yaxşısı olduğumu görə bilmədi, mükafat aldığımı görə bilmədi, nailiyyətlərimi görə bilmədi. Anam, qardaşlarım, oğlum bunları gördü, amma atam bunların heç birini görə bilmədi".

Ronaldo həyat yoldaşı Corcinanın da ona çox kömək etdiyini vurğulayıb:

Ronaldo: "Uşaqlıqda pulsuzluqdan hamburger qalıqlarını yeyirdim" - FOTO"Mənə çox kömək edib. Uşaqlarımın anasıdır, mənim dostumdur. Çox danışırıq. Ürəyimi ona açdım, o da mənə ürəyini açdı. Bir gün mütləq evlənəcəyik, bu anamın ən böyük arzusudur".

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1138   Tarix: 17 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232