Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...

Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...BiG.AZ kulis.az-a istinadən mərhum aktyor Tələt Rəhmanov haqqında maraqlı faktları təqdim edir.

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.

***

Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

***

Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin, sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.

Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.

***

Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.

***

Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı - Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.

Kəmalə xanım müsahibələrinin birində deyir: Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı - mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. "Tənha narın nağılı" filmində oynamaq üçün anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da "mənim icazəm yoxdur" deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu".

***

İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub evdəkilərə gətirib ki, sizsiz mənim də boğazımdan keçməz.

Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.

***

Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, "ay Tələt, bəsdi də aktyorluq elədin". Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişir.

***

Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.

Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...Aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2163   Tarix: 15 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741