Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaqFutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

BiG.AZ-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç" stadionunda baş tutacaq.

Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək. Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.

Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 750   Tarix: 14 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Messini görməyənlər təzminat alacaq

"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar. "Qafqazinfo" xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlə

19.03.2024 397
.

"Porto"nun baş məşqçisi: "Arteta ailəmi təhqir etdi"

"Porto"nun baş məşqçisi Serxio Konseysao Mikel Artetanın ailəsini təhqir etdiyini iddia edib. xəbər verir ki, hadisə Çempionlar Liqası matçının 1/8 final matçı (1:0) zamanı baş verib. "Oyun zamanı Arteta ehtiyat oyunçular skamyasına çevrildi və ailəmi ispan dilində təhqir etdi. Ona dedi

13.03.2024 466
.

"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb. Braziliyalı forvar

17.03.2024 328
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26.03.2024 302
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld

27.03.2024 258
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 462
.

Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB

Hücumçu Lionel Messi zədə səbəbindən Argentina milli futbol komandasının qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək. Bildirilir ki, futbolçu əvvəllər ABŞ-nin "İnter Mayami" komandasının tərkibində aldığı əzələ zədəsindən müalicəsini davam etdirir. Qeyd edək ki, Argentina millisi ABŞ-d

17.03.2024 276
.

Laporta: "Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur"

"Barselona" prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar. Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib. "Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq v

24.03.2024 220
.

17 yaşında İspaniya millisində debüt edən futbolçu: Sanki yuxuda idim

Sanki yuxuda idim. Uşaq vaxtlarımdan millidə oynamaq arzum olub. "Report" xəbər verir ki, bunu İspaniya millisinin heyətində debüt edən futbolçu Pau Çubarşi deyib. Müdafiəçi 17 yaşında Kolumbiya millisinə qarşı keçirilən yoldaşlıq matçında iştirak edib. O, İngiltərənin paytaxtı Londonda ba

23.03.2024 314