"Qarabağ"ın rəqibində iki futbolçu koronavirusa yoluxdu

"Qarabağ"ın rəqibində iki futbolçu koronavirusa yoluxdu"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Türkiyənin "Sivasspor" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

BiG.AZ bölgə təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, hər iki oyunçu əsas komandanın üzvləridir.

Adları açıqlanmayan həmin şəxslər evlərində təcrid olunub və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, "Qarabağ" IV turda "Sivasspor"u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-dakı matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 445   Tarix: 14 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş