Korluğun qarşısını necə almaq olar?

Korluğun qarşısını necə almaq olar?Korluq - görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin, yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluqda geniş yayılıb. Mütəxəssislərə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür. Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 300 milyon insan görmə problemləri ilə üzləşir ki, onların da 40 milyonu ümumiyyətlə, görmür.

Dünyada görmə problemləri olan insanların 20 milyona yaxını uşaqlardır, onlardan 1,5 milyondan çox uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayının 45 min artdığı bildirilir.

Bu gün çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar. Gözləri vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq olur.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1423   Tarix: 01 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş