Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmirMixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə o, özü bildirib.

"Məni heç bir vəzifə, həmçinin Gürcüstanın baş naziri vəzifəsi də maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir", - o deyib.

M.Saakaşvilinin sözlərinə görə, müxalifət hökuməti formalaşdırmaq üçün Gürcüstan xalqı üçün məqbul olan şəxsləri tapmalıdır.

Qeyd edək ki, Gürcüstanın "Güc birlikdədir" müxalif birliyi bu ilin sentyabrın əvvəlində sabiq prezidenti hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürmüşdü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1760   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş