Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı qadına bu ölkədə işgəncə verilib - VİDEO

Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı qadına bu ölkədə işgəncə verilib - VİDEOErmənistan tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayan bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Ermənistan tərəfindən təqdim olunan videodan yaşlı qadının əvvəlcədən təqdim olunan mətn üzrə fikir söyləməyə məcbur edildiyi görünür.

Ekspert düşmənin bu cür çirkin əməllərə əl atmasının heç də təəccüblü olmadığını vurğulayıb.

İlham İsmayıl bildirib ki, təbliğatı vicdansızlıq üzərinə qurmaq ermənilərin əzəli xislətidir və bu, hələ də davam edir.

O, Ermənistan tərəfinin öz əsir əsgərlərindən və onların cəsədlərindən imtina etdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan tərəfi oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 84 yaşlı Mişa Melkumyanı Ermənistana təhvil vermək istəyib, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək onu təhvil almaqdan imtina edib. Həm Melkumyan, həm də Babayan döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız buraxılmışdı. Onlara Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3014   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş