Bu əlamətlərə və bütün şübhəli hallara DİQQƏT!

Bu əlamətlərə və bütün şübhəli hallara DİQQƏT!Pandemiyanın əhali arasında ən çox bilinən əlaməti hərarət və quru öskürək sayılır. Amma bu, heç də hər zaman belə olmur. Koronavirus hər kəsdə fərqli əlamətlərlə özünü göstərir. Aparılan araşdırmalar nəticəsində pandemiyanın yayılmasını artıran şəxslərin çoxunda hər hansı bir əlamətin olmadığı, asimptomatik olduqları ortaya çıxıb.

Bununla yanaşı, mütəxəssislər hər kəsin öz bədənində əlamətlərin fərqinə varmasının da mühüm olduğunu vurğulayırlar.

Qeyd olunur ki, COVİD-19-un əlamətləri təkcə hərarət və quru öskürək deyil.

Adətən virusa yoluxandan sonrakı 1-3-cü günlərdə soyuqdəymə, qripə bənzər əlamətlər ortaya çıxır. Yüngül hərarət və boğaz ağrısı müşahidə oluna bilər. İmmunitet zəifdirsə, ürəkbulanma və ishal da ola bilər.

4-cü gün boğaz ağrısı şiddətlənir, səs kallaşır. Qida, maye qəbulunda çətinlik yaranır. Yüngül baş ağrısı olur.

5-ci gün boğaz ağrısı şiddətlənir. Yemək, içmək çox ağrılı hala gəlir.

Bədəni, hansısa əzanı hərəkət etdirmək çox ağrılı olur. Oynaqlarda ağrı yaranır.

6-cı gün quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı daha da şiddətlənir. Ürəkbulanma artır. Nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.

7-ci gün hərarət 38 dərəcəni keçir. Öskürək və bəlğəm çox çiddətlənir.

Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətli hala gəlir.

8-ci gün nəfəs alıb-vermədə çətinlik yaranır. Döş qəfəsi bölgəsi çox ağır hiss olunur. Öskürəklə yanaşı baş və oynaq ağrıları çox artır. Hərarət 38 dərəcəni keçir.

9-cu gün bütün simptomlar şiddətlənir. Üzdə və dodaqlarda maviləşmə yaranır. Öskürək və bəlğəm çox şiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətlənir.

Amma bütün bunlar hamıda eyni ardıcıllıqla baş vermir. Ardıcıllığın pozulduğu, digər əlamətlərin - göz, qulaq ağrısı, dəridə ləkələr, iy və dad bilmənin itməsi və s. olduğu, əlamətlərin çox yüngül baş verdiyi və ümumiyyətlə, heç olmadığı hallar da çoxdur.

Ona görə də mütəxəsislər hər kəsi diqqətli olmağa, hər hansı şübhəli hal olan kimi həkimə müraciət etməyə, ən vacibi virusdan qorumağa, kütləvi yerlərdə, istənilən təmas zamanı maska taxmağa, məsafə saxlamağa, gigiyena qaydalarına əməl etməyə çağırırlar.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 9958   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542