Şəhid anasının vəsiyyəti və 27 illik boğça - VİDEO

Şəhid anasının vəsiyyəti və 27 illik boğça - VİDEO1993-cü ildə Cəbrayılda şəhid olan balasının son geyimlərini saxladığı boğçasını düz 27 ildir ki, göz-bəbəyi kimi qoruyub- saxlayır Şəmayil ana. Boğçanı bükdüyü kələğayını isə özünün ölüm günü üçün vəsiyyət edib.

Ananın göz-bəbəyi kimi qoruduğu boğçasında özündən də bir nişanə var. Bu yaşlı qadın 27 il əvvəl uzun hörüklərinin birini yolaraq şəhid Rövşəni ilə birgə torpağa basdırıb. Həmin gündən tək təsəllisi isə oğlunun toyu üçün əzizləyib saxladığı dana olub. Doğmaları gözü yaşlı ananı sakitləşdirmək üçün həmin heyvanı ailədən uzaqlaşdırmaq qərarına gəliblər.

Şəmayil ana öz vəsiyyətini oğlu Rövşənin illərdir saxladığı fotolarından birinin arxasına yazıb.

Ağbirçək ana şəhid balasını Cəbrayılın Qumlaq kənd qəbiristanlığında torpağa tapşırıb. İndi isə vətənə dönəcəyi və balasının məzarına qovuşacağı günü səbirsizliklə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2059   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş