"Qəbələ" ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
"Report"un məlumatına görə, II dövrənin açılış oyununda "Qəbələ" və "Sabah" klubları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi 2020/2021 mövsümündə ilk qələbəsini qazanıb. Bu eyni zamanda qonaqların ardıcıl 5-ci məğlubiyyəti olub.
Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə komandalar meydana üzərində "Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik" sözləri yazılmış pankartla çıxıblar. Start fitindən əvvəl ənənəvi olaraq Dövlət himni səsləndirilib.
İlk qol 31-ci dəqiqədə vurulub. "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib. 54-cü dəqiqədə Nikolas Raysel komandasının üstünlüyünü 2 topa çatdırıb. 69-cu dəqiqədə Masazır təmsilçisi azlıqda qalıb. Nikola Vuyadinoviç 2-ci sarı vərəqəni görərək meydandan qovulub. "Sabah"ın hücumçusu Ramil Şeydayevin 79-cu dəqiqədə vurduğu qol isə matçda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra xalını 8-ə çatdıran "Qəbələ" 6-cı pilləyə yüksəlib. 6 xalı olan "Sabah" isə 7-ci sıraya geriləyib.
Günün digər oyununda "Zirə" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 887 Tarix: 31 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu
"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre
07.04.2024 391 Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ
Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını
14.04.2024 263 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa
30.03.2024 319 "Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı
"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v
14.04.2024 192 Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub
"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"
14.04.2024 219 "Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB
"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed
31.03.2024 426 Azərbaycanın batut gimnastikası tarixində bir ilk
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır. Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin say
25.03.2024 434 Avropa Oyunları bu ölkədə keçiriləcək
2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld
27.03.2024 449 Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"
AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd
02.04.2024 358