Deputat: "Erməni terrorundan sonra düşmənin qətlə yetirdiyi Aysunun babası ilə danışdım, dedi ki..."

Deputat: "Erməni terrorundan sonra düşmənin qətlə yetirdiyi Aysunun babası ilə danışdım, dedi ki...""Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alır.

Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir".

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Bərdədə törədilən terror aktı miqyası baxımından çox dəhşətlidir:

"Gündüz saatlarında insanların sıx olduğu şəhərin mərkəzinə qadağan olunmuş ağır silahla hücum etmək bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ermənilərin bu vəhşi terroru neçə-neçə ailələrin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır".

"Sentyabrın 27-dən etibarən ermənilərin qətlə yetirdiyi məktəblilərin siyahısına təəssüf ki, Aysu İsgəndərovanın da adı əlavə olundu. Hadisə sonra Aysunun babası ilə danışdım. Ağrılı vəziyyətdə olan baba telefonda mənə dedi ki, Vətən sağ olsun, təki torpaqlarımız işğaldan azad olunsun.

Onun bu cavabı, məncə, törədilən terror aktlarına qarşı millətimizin düşmənə və bu cinayətlərə susan bütün dünyaya verdiyi cavab idi. Bizim xalqımızda olan milli kimlik, milli iradə, milli ruh budur və bu iradəni heç bir qüvvə qıra bilməyəcək.

Günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər" - deyən, millət vəkili əlavə edib ki, bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir.

Deputat qeyd edib ki, dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir: "Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar.

Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olub.

Amma bu qətliama görə sadəcə təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanskiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar".

Fatma Yıldırım söyləyib ki, bu cür hadisələr insanların, o cümlədən, qəhrəman bərdəlilərin vətənpərvərlik ruhunu sındırmaq iqtidarında deyil:

"Bərdə bizim ən qədim şəhərlərimizdən biridir, İmamzadə torpağıdır. Bu torpaq çox igidlər yetişdirib, çox döyüşlərə şahidlik edib. Canımız vətən üçün fəda olsun deyən mərd, qorxmaz bərdəlilərin əzmini sındıra bilməzlər. Qətliamdan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, həlak olan günahsız Bərdə sakinlərinin qisası döyüş meydanında alınacaq.

Belə də oldu! Bərdəyə hücum edən düşmənin canlı qüvvəsi və texnikası yerlə-yeksan edildi! Həm düşmən, həm də onların havadarları bilməlidir ki, heç nə və heç kim bizi öz haqq yolumuzdan çəkindirə bilməz. Bizim ədalətli savaşımız Qarabağımız işğaldan tam azad edilənə qədər davam edəcək!"(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774