Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq

Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaqBöyük Britaniya əhali arasında profilaktik peyvəndləmə proqramına uyğun olaraq cari il qripə qarşı peyvəndlərin ixracını məhdudlaşdıracaq.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok bildirib.

M.Henkok deyib: "Bu tədbir qışdan əvvəl 30 milyon doza qripə qarşı peyvəndin təmin edilməsi planlarımızı qoruyacaq".

Nazir vurğulayıb ki, hazırkı mərhələdə Birləşmiş Krallıqda peyvəndləmə üçün kifayət qədər preparat var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 338   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş