Əylənmək üçün qonşusunun evini yandırdı

Əylənmək üçün qonşusunun evini yandırdıRusiyanın Kareliya Respublikasının sakini əylənmək üçün qonşusunun evini yandırıb.

BiG.AZ Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı republikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Belomorski rayonunda baş verib. Hüquq mühafizə orqanlarının əməkdaşları 33 yaşlı rayon sakininin evində baş vermiş yanğını araşdırıblar.

Araşdırmalar zamanı yanğının zərərçəkənin 28 yaşlı qonşusu tərəfindən qəsdən törədildiyi məlum olub. Kişi əməlini etiraf edib və hadisə günü spirtli içki qəbul etdiyini, əylənmək üçün evə od vurduğunu deyib.

Faktla bağlı araşdırmalar davam edir. (oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 369   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş