Nazirlikdən ermənilərlə mesajlaşan azərbaycanlı fəala XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi sosial şəbəkə fəalı Nurlan Qəhrəmanlının (Libre) oktyabrın 29-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi ilə bağlı iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən BiG.AZ-a bildirilib ki, sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratmasıdan, dostluq qrupu təşkil edərək onların dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər. Bu müraciətlərlə əlaqədar N.Qəhrəmanlı dünən polis idarəsinə dəvət edilib və izahatı alındıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
O, bundan sonra barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyini düşündüyündən qabaqdangəlmişlik edərək belə əsassız iddialar səsləndirib.
Nurlan Qəhrəmanlı bu gün Daxili İşlər Nazirliyinə dəvət olunub, müvafiq idarənin əməkdaşı tərəfindən izahatı alınıb və onun dünən polislər tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.
Nəzərinə çatdırılıb ki, vətəndaşların müraciəti əsasında aparılan bu araşdırmaların nəticəsində ona yalnız xəbərdarlıq edilir. Eyni zamanda ona bir daha bildirilib ki, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilsə də, bundan sui-istifadə edərək xalqımız üçün çox həssas olan belə bir dönəmdə insanların narahatlığına səbəb olan, vətəndaşlarımızda qıcıq yarada biləcək yazıların yazılması, statusların paylaşılması qətiyyən yolverilməzdir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 6270 Tarix: 30 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788