Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdi

Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdiMetroda sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

BiG.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən sonuncu qərara əsasən, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti dekabrın 1-dək uzadılıb.

Mətbuat katibinin sözlərinə görə, metronun müəyyən edilmiş müddətdən daha tez, yaxud daha gec açılması yoluxma sayındakı dinamikadan asılı olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1860   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş