Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını ETİRAF ETDİ

Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını ETİRAF ETDİErmənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobildə silah-sursat aşkar ediblər.

Big.az "Report"a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.

Hazırda araşdırma aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz olaraq silah-sursatın daşınması halları çoxalıb. Son günlər cinayət üzrə 3 şübhəli saxlanılıb.

Mütəxəssislər qeyd edib ki, bu kimi faktlar Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindəki erməni silahlılarının döyüşdən qaçdığını təsdiqləyir. Onlar qaçarkən özləri ilə birlikdə silah-sursat da aparırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş