Araik Arutyunyan beynəlxalq axtarışa verildi

Araik Arutyunyan beynəlxalq axtarışa verildiErmənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

BiG.AZ xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2717   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş