Operativ Qərargah MƏLUMAT YAYDI

Operativ Qərargah MƏLUMAT YAYDIAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BiG.AZ-a verilən məlumata görə, son sutkada 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 460 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10 179-dur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1938   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş