Hikmət Hacıyev: "Hərbi tribunalların yaradılmasına ehtiyac var"

Hikmət Hacıyev: "Hərbi tribunalların yaradılmasına ehtiyac var""Həmişə bunu hüquqşünaslar da qeyd edirlər ki, Holokost o zaman Holokost oldu ki, Nürnberq məhkəməsində öz hüquqi qiymətini aldı".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində bir epizodda, yəni "Çıraqov Ermənistana qarşı" işi üzrə aparılan iş çərçivəsində öz ilk hüquqi qiymətini almışdı. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir", - o qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş