"Anamın qoxusu üçün darıxıram" - Video

"Anamın qoxusu üçün darıxıram" - VideoAzərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlayıb.
BiG.AZ xəbər verir ki, çarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.(axsam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3536   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş