320 kiloqramlıq köpək balığını sudan çıxarmaq üçün 80 dəqiqə "əlləşdi"

320 kiloqramlıq köpək balığını sudan çıxarmaq üçün 80 dəqiqə "əlləşdi"Avstraliyanın Mancera şəhərindən olan balıqçı Maykl Dreyper 320 kiloqrmlıq pələng köpəkbalığını tutub.

BiG.AZ xəbər verir ki, bu barədə "Mandurah Mail" nəşri yazır.

Uzunluğu 2,74 metr olan yırtıcı balığı tutmaq heç də asan olmayıb.

"Bu ölçüdə köpəkbalığını ovlamaq qadağandır və onlar dərhal sərbəst buraxılmalıdırlar. Ancaq bu köpəkbalığı çox müqavimət göstərib, sahildən 150 metr məsafədə sıx yosunlara dolaşaraq çırpınıb", - deyə balıqçı danışıb.

Maykl və yoldaşlarının balığı sudan çıxarması təxminən 80 dəqiqə çəkib

Lakin köpəkbalığı quruda 50 saniyədən çox qalmayıb və dərhal suya buraxılıb.

Qeyd edək ki, pələng köpəkbalığı insanlar üçün son dərəcə təhlükəlidir.

Uzunluğu orta hesabla 4.25 metrə çatır, çəkisi isə 635 kiloqrama qədər ola bilər.

5.5 metr uzunluğunda və 1,5 ton ağırlığında olan pələng köpəkbalığı Ginnesin Rekordlar Kitabına düşüb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş