"Şuşada qırmızı geyinib böyüdüyün günə şükür edəcəm"

"Şuşada qırmızı geyinib böyüdüyün günə şükür edəcəm"Teleaparıcı Rövşanə Ağasəfqızı övladını 15 yaşının tamam olması münasibətilə təbrik edib.
Axşam.az xəbər verir ki, teleaparıcı qızı Aylinə həsr etdiyi statusda işğaldan azad edilən torpaqlarımız, Şuşa ilə bağlı kövrək məqamlara da toxunub:

"Səndən başlanır Vətən. Vətən sənin udduğun hava, Vətən sənin üstündə gəzdiyin torpaq, içdiyin su, toxunduğun daş-divar. Vətənimsən! 15 yaşın Vətənin parça-parça toplanıb bütövləşən zamanına düşdü. Ağasəf baban sonuncu dəfə Şuşa uğruna savaşdan gəlmişdi. Söz vermişdi ki,sizi mütləq Şuşaya aparacam. Cənnəti görməyə. Mən nə 15, nə də 35 yaşımda oranı görə bildim. Aylinim, sənə söz verirəm. 16 yaşında başı dumanlı Şuşada şərəfinə qırmızı geyinib, ay qız, Aylin, bu nə qaş-göz deyib böyüdüyün günə şükür edəcəm. Damarında axan qanda həm də Şuşadan pay var axı. Aylinim, tarixi təlatümün fidanısan sən. Allahdan bircə arzum var bu an. Sən salamat böyü. Bomba səsi,raket sədası eşitməsin qulaqların. Hə, bir də… Bu günə hədiyyən "Twit" olsun. 15 yaşına ayaqüstə alqış".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8863   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş