Jurnalistə yeni vəzifə verildi - FOTO

Jurnalistə yeni vəzifə verildi - FOTOJurnalist Səfurə Çərkəzqızı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıb.

BiG.AZ-ın məlumatına görə, S.Çərkəzqızı qurumun Reklam və KİV-in monitorinqi şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik", "7 Gün", "Rezonans", "Həftə içi" qəzetlərində, "Lider", ARB televiziyalarında çalışıb.

Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. "And olsun atlara!" və "Sevdalılar" adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. /Modern.az

Jurnalistə yeni vəzifə verildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1051   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş