Daha bir ölkə sərt karantin rejiminə qayıdır

Daha bir ölkə sərt karantin rejiminə qayıdırFransada 30 oktyabrdan başlayaraq koronavirus infeksiyası hallarının artması ilə əlaqədar yenidən karantin rejimi tətbiq edilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Belə ki, Paris sakinləri məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsindən bir neçə saat əvvəl kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Bu səbəbdən karantinin başlamağına bir neçə saat qalmış Paris şəhərinin çıxışında uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb.

Hökumət qurumları bütün restoranların, barların, bəzi mağazaların bağlanmasına əmr verərək bildiriblər ki, pandemiya səbəbi ilə onsuz da ağır itkilərlə üzləşən sahibkarlara dövlət tərəfindən yardım olunacaq, işsiz qalanlara müavinət veriləcək.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merinin sözlərinə görə, ölkədə 200 mindən çox mağaza karantinə görə bağlanacaq.

"Bu, bütün ticarət müəssisələri üçün ağır zərbədir", - deyə fransalı nazir etiraf edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş