"Dedi ki, uşaqlarım sənə əmanətdir" - İlk qadın şəhidimizin anası DANIŞDI - VİDEO

"Dedi ki, uşaqlarım sənə əmanətdir" - İlk qadın şəhidimizin anası DANIŞDI - VİDEOAzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.

BiG.AZ xəbər verir ki, şəhidimizin anası Məktubə Baxışova qızı haqqında danışıb. O, bildirib ki, Arəstə özü könüllü cəbhəyə yollanıb. Gedərkən də anasına "Mənə bir şey olsa uşaqlarım sənə əmanətdir" deyib:

"Ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır".

Telefonda danışanda isə dedi ki, "ana narahat olma hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq, çünki ruh yüksəkliyi var. O qədər könüllü balalarımız, əsgərlərimiz var ki, canla başla döyüşürlər".

Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:

"Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax".

Arəstənin qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:

"Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu".

Həmin görüntüləri təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4091   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş