Erməni jurnalistdən ETİRAF
Ermənistanın "5-ci" televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
O bildirib ki, müharibənin ilk günlərindən media susdurulub, ancaq Azərbaycan saytlarına giriş sərbəst olub: "İnsanlar Azərbaycan mətbuatında oturmuşdular. Polis bizim saytlarda və qəzetlərdə gedən məqalələrə görə akt tərtib edirdi, panika yaydıqlarına görə onları cərimələyirdi. Ancaq Türkiyə və Azərbaycan mediyasının "iynəsi" öz dağıdıcı işini görürdü. Hər gün insanların gözünə necə baxacağımızı düşünürdük". /Oxu.az
BiG.Az


Xəbərlər Baxılıb: 2445 Tarix: 30 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş