"MasterChef Türkiyə"də Qarabağla bağlı qürurverici səhnə - VİDEO

"MasterChef Türkiyə"də Qarabağla bağlı qürurverici səhnə - VİDEOReytinqlərdə birinci olan "MasterChef Türkiyə" verilişinin Türkiyənin Cümhuriyyət Bayramına özəl buraxılışı yayımlanıb. Verilişin bu bölümündə Qarabağdan bəhs edilən səhnə yer alıb.

BiG.AZ xəbər verir ki, verilişdə ilk öncə Çanaqqala döyüşündə şəhid olanlar arasında azərbaycanlıların da olduğu xüsusi olaraq vurğulanıb. Daha sonra proqramda Qarabağ uğrunda haqlı mübarizəmizdən danışılıb.

Aparıcılardan biri Mehmet Yalçınkaya "Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara burdan salam olsun. Onlara bu mübarizədə uğurlar arzulayırıq" deyə çıxış edib.

Verilişdə "Əsgər marşı" və Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

Fidan Bayramova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12928   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş