"Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq"-Deputatdan AÇIQLAMA

Hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir. Bir sıra Avropa ölkələrində karantin rejimi yenidən sərtləşdirilib.

Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemioloji durum pisləşir.

Ölkəmizdə bu xəstəlikdən ölənlərin sayı 699 nəfər, ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfər təşkil edir.

Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb. Hazırda aktiv xəstə sayı 9405 nəfərdir.

Ötən gün Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb.

Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib.
Nəticədə, ikinci ciddi təhlükəyə səbəb olan koronavirus (COVID-19) yaddan çıxıb. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır.

Onlar sosial məsafə saxlamır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Buna görə də koronavirusa gündəlik yoluxmaların sayında artım qeydə alınır.

Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil.

Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.
Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bir ilə yaxındır ki, koronavirus bütün dünyanın probleminə çevrilib:

"Nəticədə ciddi tibbi-sosial, siyasi iqtisadi çətinliklər yaranıb. Azərbaycan COVID-19-la mübarizədə ən öndə gedən nümunəvi ölkələrdən biridir. Bu xəstəlik yayılmağa başladığı ilk gündən dövlət səviyyəsində bütün işlər görülür.

Biz yaz-yay dövründə COVID-19-la uğurlu mübarizə apardıq, yoluxanların sayını lokallaşdıra bildik. Görülən tədbirlər nəticəsində eyni vaxtda 8000-ə yaxın xəstəni müalicə etmək imkanımız var. Bu virusun qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərə əhali mütləq dəstək verməlidir".

M.Quliyev bildirib ki, koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsinə ehtiyac var:

"Əhali istənilən bir soyuqdəymə əlaməti olanda, yaxud əzginlik, narahatlıq, boğaz ağrısı, temperaturu olanda həkimlərə müraciət etsinlər. Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq.

Bu mübarizədə əhalidən ciddi nəsə tələb olunmur. Sadəcə - sosial məsafə saxlamaq, maska taxmaq, ehtiyac olmayanda evdən çıxmamaq və dezinfeksiya məhsullarından istifadə etmək lazımdır".

"Koronavirusa yoluxma sayı artarsa, karantin tədbirləri ilə bağlı daha da ciddi tədbirlərin görülməsinə ehtiyac yarana bilər. Ola bilsin yenə insanlar SMS icazə ilə yaşadığı yeri tərk etsin, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulsun.

Təbii ki, bunlar Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyi qərardır. İnsanlar heç vaxt özünü müalicə ilə məşğul olmamalıdır. Bildiyiniz kimi epidemiya artan ərazilərdə gediş-gəliş bağlanıb. Eyni zamanda, yoluxmaların əksəriyyəti yas yerlərində olur. İnsanlar sosial məsafəni qorumurlar. Əgər vətəndaşımız intizamlı olarsa, bu xəstəliyə qalib gələ bilərik".
"Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq"-Deputatdan AÇIQLAMA"Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq"-Deputatdan AÇIQLAMAHazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.

Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 29 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 394
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 479
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 611
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 409
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 494
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 341
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 276
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 624
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 287