Ermənilər bu dəfə Səyyad Əlizadəni "öldürdülər" - FOTO

Ermənilər bu dəfə Səyyad Əlizadəni "öldürdülər" - FOTOErmənilər son günlər sosial mediada özlərini daha da gülünc vəziyyətə qoyublar. Onlar cəbhədəki uğursuzluqlarını yalan məlumatlar yaymaqla "qisas almağa" çalışırlar. Belə ki, bəzi məşhur simalarımızın hərbi forma geyinməsindən istifadə edərək onları hərbiçi kimi qələmə verirlər. Ən gülüncü isə paylaşdıqları insanları "öldürdük" yazmaqlarıdır.

BiG.AZ xəbər verir ki, bu dəfə tanınmış müğənni Səyyad Əlizadəni paylaşaraq yüksək rütbəli hərbiçi kimi qələmə veriblər. Karine Manukyan adlı şəxs Səyyad Əlizadənin fotosunu paylaşaraq: "Azərbaycan ordusunun daha bir yüksək rütbəli zabiti mayor Səyyad Əlizadə igid ordumuz tərəfindən öldürüldü" sözlərini yazıb.

Qeyd edək ki, bu onların birinci bvelə gülünc hərəkəti deyil. Belə ki, bundan əvvəl də ermənilərin hədəfində olanlar prodüser Tarix Əliyev, aşıq Namiq Fərhadoğlu, aktyorlar Tural Əhməd, Qorqud Cəfər, meyxanaçı Mehman Əhmədli olub.

Ermənilər bu dəfə Səyyad Əlizadəni "öldürdülər" - FOTOSAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4020   Tarix: 29 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş