Həbib Makrona Quran ayəsi ilə XƏBƏRDARLIQ ETDİ

Həbib Makrona Quran ayəsi ilə XƏBƏRDARLIQ ETDİAmerikalı "MMA" döyüşçüsü Castin Getji üzərində qələbə qazandıqdan sonra vətəni Dağıstana qayıdan "UFC" çempionu, müsəlman oğlu Həbib Nurməhəmmədov Məhəmməd Peyğəmbər əleyhissəlamın ləyaqətinə qəsd edən insanlara, o cümlədən Fransa prezidenti Emmanuel Makrona kəskin müraciət edib.

BiG.AZ Moderator.az-a istinadən xəbər verir ki, Həbibin "Instagram" səhifəsindəki yazı daha əvvəl cəmiyyətdə hiddət dalğasına səbəb olan "söz azadlığı" adı altında Məhəmməd Peyğəmbərin(s) karikatiralarının nəşrini dəstəkləyənlər ətrafında yaşanan qalmaqalın fonunda ortaya çıxıb. Bir neçə müsəlman dövləti Fransız mallarına embarqo tətbiq edib.

Dünya şöhrətli idmançı baş verənləri Quranın "Kövsər" surəsinin 108-ci ayəsinin mənasını izah edən təfsiri ilə şərh edib. Sitatda Peyğəmbərimizin(s) ləyaqətini ləkələmək və ya aşağılamaq cəhdlərinin bunu edənlər üçün yaxşı heç bir nəticəyə səbəb olmayacağı, onların zərərkənlərdən olacağı deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3660   Tarix: 29 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş