Ermənilər tanınmış aktyorumuzu "öldürdü" – FOTO

Ermənilər tanınmış aktyorumuzu "öldürdü" – FOTOErməni mediası tanınmış azərbaycanlı aktyor Tural Əhmədin filmdə hərbi geyimdə çəkilən kadrlarından istifadə edərək "həlak olduğu" barədə yalan məlumat yayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Tural Əhməd öz sosial şəbəkə hesabında məlumat yayıb.

"Məni də "öldürdülər". Özü də yüksək rütbəli zabit adıyla", - o bildirib.

Bu, erməni mətbuatın birinci yalanı deyil, bundan əvvəl meyxanaçı Mehman Əhmədli, Aşıq Namiq, Namiq Qaraçuxurlu, hətta Tolikin hərbi geyimdə olan fotolarını tirajlayaraq Qarabağ döyüşlərində şəhid olduqlarını iddia etmişdilər.

Yeri gəlmişkən, Sərdar Ortaç, Tarkan və Aras Bulut İynemli kimi türk ulduzların da hərbi geyimdə fotoları yerli mediada eyni məqsədlə istifadə edilmişdi. /Publika.az

Ermənilər tanınmış aktyorumuzu "öldürdü" – FOTOErmənilər tanınmış aktyorumuzu "öldürdü" – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7200   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş