Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna MÜRACİƏT

Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna MÜRACİƏTAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət ünvanlayıb.

BiG.AZ xəbər verilir ki, müraciətdə deyilir:

"Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarixində günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır.

2020-ci il sentyabrın 27-sindən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür.

Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir.

Bununla Ermənistan hökuməti "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Ümumdünya İnsan Haqları Bəyannaməsi"ni, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyanı, eləcə də "Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannaməsini kobud surətdə pozur.

Yuxarıda qeyd edilən məqamlar Ermənistanın beynəlxalq hüququn prinsiplərinə, sənədlərdən irəli gələn öhdəliklərə nə dərəcədə laqeyd və etinasız yanaşdığının göstəricisidir.

30 ildir davam edən silahlı münaqişə şəraitində Ermənistanın dəfələrlə dinc əhalinin, xüsusən də uşaqların qəsdinə yönələn amansız cinayət əməllərinə hələ də heç bir beynəlxalq hüquqi sanksiyanın tətbiq edilməməsi törətdikləri cinayətlərin daha ağır hal alması ilə nəticələnir.

Bunları nəzərə alaraq, biz bütün beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən qanunsuz əməllərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə çağırırıq" .


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447