"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planet...

"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planet...ABŞ-ın Kanzas Universitetinin astronomları varlığı demək olar ki, mümkünsüz görünən bir planeti araşdırıblar. Qeyri-rəsmi olaraq "cəhənnəm" adlandırılan bu planet o qədər istidir ki, sözün əsl mənasında çoxdan buxarlanmalı idi.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, söhbət kəşfi 2020-ci ilin sentyabrında elan edilən "LTT 9779b" ekzoplanetindən gedir. Bu gün o, yeni dünyalar sinfinin – "ultra isti neptun"un yeganə təmsilçisidir.

"LTT 9779b" öz ulduzuna çox yaxındır (göy cismi cəmi 19 saatda onun ətrafında tam bir dövr edir). Astronomların hesablamalarına görə, planetin istiliyi poladın ərimə nöqtəsini aşmalıdır.

Mütəxəssislər faz əyrisi metodundan istifadə edərək planetin yaydığı infraqırmızı işığı analiz ediblər. İnfraqırmızı spektrdə planetin atmosferinin isti və soyuq bölgələrini tapmaq olur.

Alimlər "LTT 9779b" üçün günün ən isti vaxtının günorta saatlarında baş verdiyini aşkar ediblər. Planet təxminən iki min dərəcə selsiyə qədər isinir. Sıx buludlar səbəbindən "LTT 9779b" işığının çox hissəsini əks etdirir. Atmosferin yuxarı hissəsində mənimsənilən istilik, yenidən kosmosa infraqırmızı radiasiya kimi yayılır və planetin gecə tərəfinə çox az istilik ötürülür.

O da vurğulanır ki, "LTT 9779b" kimi planetlər sonda atmosferini itirirlər və "Ultra Qısa Dövr planetləri" yaranır.

Tədqiqatçılar hələ də "isti neptun"un necə əmələ gəldiyini tam olaraq izah edə bilmirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1556   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 183
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116