"Ginnesin rekordlar kitabı"na düşmüş metro yanğınından 25 il ötür

"Ginnesin rekordlar kitabı"na düşmüş metro yanğınından 25 il ötür"1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılmış şənbə günü kimi düşüb. 25 il öncə axşam saat 18:00 radələrində "Ulduz" stansiyasından "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi. Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir".

BiG.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 1995-ci ildə baş vermiş, böyüklüyünə görə dünya metropolitenləri arasında "Ginnesin rekordlar kitabı"na düşmüş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində "Ulduz" stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub: "28 oktyabr faciəsindən danışarkən, hadisənin geniş miqyas almamasında canı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdırlar.

Onu da əlavə edək ki, hadisə baş verəndən sonra Prezident Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya Milli Elmlər Akademiyasının əməkdaşları, eləcə də dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq, hadisə texniki qəza kimi qiymətləndirilib.

Ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayevə Milli Qəhrəman adı verilib, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə’’ medalı ilə təltif olunublar.

Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun "Ulduz" stansiyasında və C. Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vurulub.

O faciədən 25 il keçməsinə baxmayaraq, Bakı metropolitenində bu tarix unudulmur. Hələ 25 il öncə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, göstərdikləri şücaət onların böyük vətənpərvər olduğunu nümayiş etdirdi.

"Bakı Metropoliteni" igid Vətən oğulları ilə fəxr edir. Ömrünü Vətənə həsr edən övladlarımız, qəhrəmanlarımızın igidlik və şücaət dolu həyat yolu unudulmur, daim ehtiramla yad edilir və yad ediləcək"-deyə qurumdan bildirilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 422
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 437
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287