Azərbaycanda kafe və restoranların fəaliyyəti yenidən dayandırıla bilər

Azərbaycanda kafe və restoranların fəaliyyəti yenidən dayandırıla bilərSon günlər Azərbaycanda koronavirusa yoluxanların sayı 2-3 dəfə artıb. Yoluxanları sayı artığına görə metronun və təhsil müəssisələrin fəaliyyəti dayadırılıb. İddialara görə gözəlik salonlarının, xırda geyim mağazalarının, kafe və retoranların da fəaliyyəti dayandırılıcaq. Bu həftə yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, karantin rejim yenidən sərtləşdirilməlidir:

"Gözəlik salonlarının, xırda geyim mağazalarının, kafe və retoranların fəaliyyəti yenidən dayadırılmalıdır. Çünki o yerlər yoluxma mənbələri hesab olunur. Əgər sərt karantin rejiminə keçirilməsinə 1000-1500-ü keçəcək. Maska taxmayanlara qarşı qaydalar sərtləşdirilməli. Aprelin əvvəlində olduğu kimi avtobuslara girərək insanlar yoxlanmalıdır. Maska taxmayanlar cərimələnməlidir. Tək avtobusda deyil qapalı yerlərdə maska taxmayanlarla bağlı qaydalar sərtləşdirilməlidir. Çünki sərt tədbirlər görülməsə yoluxanların sayı 1500-ü keçə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1179   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş