Hikmət Hacıyev: "Bərdədə yaralananlar arasında 9-15 yaşlarında 4 uşaq var"

Hikmət Hacıyev: "Bərdədə yaralananlar arasında 9-15 yaşlarında 4 uşaq var""Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri "Smerç" raketlərindən istifadə olunaraq atəşə tutulub".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:

"Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 uşaq var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş