Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Vazgen Manukyan Paşinyanı istefaya çağırdıErmənistanın Milli Demokrat İttifaqının lideri Vazgen Manukyan Paşinyan hökumətini istefaya çağırıb.

BiG.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Vazgen Manukyan ermənilərə müraciəti zamanı tarixin ən biabırçı və dağıdıcı səhifələrindən birini yaşayırıq:

" Ermənistan təhlükə altındadır. Hər şeyi itirə bilərik. Bu hökumət istefaya getməlidir. Hakimiyyət orduya təhvil verilməlidir. Dağıdıcı zərbələr olmadan bu proses könüllü olaraq həyata keçməlidir".

Qeyd edək ki, Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı əks-həmlə əməliyyatı davam edir. Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan ordusu minlərlə hərbçisini itirib. Çox sayda hərbçiləri döyüşdən imtina edərək mövqeləri qoyaraq qaçıb. Paşinyan son çarə olaraq qadınları, yaşlıları hətta, uşaqları cəbhəyə döyüşməyə çağırıb./Yeniavaz.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1730   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş