Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

Azərbaycan millisinin oyununun tarixi dəyişdirildiAzərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.

BiG.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da deyil, 11-də keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının V turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komanda ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 472   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş