Rus jurnalist Qarabağ müharibəsi haqda: "Ermənistan Gəncəni, qəbiristanlığı vurmasını necə izah edəcək?"

Rus jurnalist Qarabağ müharibəsi haqda: "Ermənistan Gəncəni, qəbiristanlığı vurmasını necə izah edəcək?"Rusiyalı jurnalist Maksim Şevçenko Aleksey Solominin aparıcılıq etdiyi "Особое мнение" proqramının qonağı olarkən Qarabağdan, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədən bəhs edib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, jurnalist aparıcıya Azərbaycanın müharibə aparmasının səbəblərini açıqlamağa çalışıb. M.Şevçenko işğalçı Ermənistanın döyüşlərdə muzdlulardan, terrorçulardan istifadə etməsindən söz açıb:

"Ermənilər tərəfindən muzdluların döyüşdüyünü sübut edən fotolar yayımlanıb. Azərbaycan tərəfdən isə yoxdur bu cür hallar. Bir nəfər mənə desin, bir sübut göstərsin ki, müasir ordusu olan Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı niyə olmalıdır? Bu azərbaycanlılar üçün vətən müharibəsidir. Onlar başqasının torpağına sahiblənmək üçün yox, öz torpaqlarının azad edilməsi üçün müharibə aparırlar. Azərbaycan anaları oğullarını müharibəyə göndərirlər. Başa düşürsünüz orada nələr baş verir?".

Jurnalist onun sözlərinə etiraz edib, ermənilərin tərəfini saxlamağa çalışan Solominə əsəbləşib:

"Bu, sizin məntiqinizdir. Amma arqumentiniz işə yaramır. Bu, Rusiyada oturan bir jurnalistin məntiqidir. Azərbaycanda gənclər arasında belə bir ab-hava var: əgər mən vətənim üçün vuruşmağa getmək istəmirəmsə, heç kiməm. Bunları özümdən düşünmürəm, hamısını dəqiq bilirəm. Ermənistana müxtəlif yerlərdən, eləcə də yezidlər və kürdlər gəlib döyüşür. Bunun fotosun da gördüm. Azərbaycanın heç başqa ölkədən gələn könüllülərə də ehtiyacı yoxdur. Onların 10 milyon əhalisi, böyük ordusu və müasir silahları var. Mənə Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı olduğunu sübut edən 1 səbəb göstərin.

Azərbaycan öz torpaqlarına haradan gəldiyi, nə ilə məşğul olduğu bilinməyən suriyalı banditləri buraxacaq? Başa düşürsünüz ki, bu mənasız düşüncədir?

Xankəndi atəşə tutulur - bu, müharibə zonasıdır. Bəs, dinc əhalinin yaşadığı Gəncənin atəşə tutulmasını, dəfn mərasimində qəbiristanlığın vurulmasını necə izah edək? Videolar var Gəncəyə raketin necə düşdüyünü göstərir. Ora müharibə ərazisi deyil, heç bir hərbi obyekt də yoxdur.

Müharibə Azərbaycanın ərazisində aparılır. Heç kim Ermənistan ərazisini zəbt etmək üçün döyüşmür. Onların torpaqları Ermənistan tərəfindən işğal edilib. Torpaqları azad etsinlər və sülh olsun. Almanların bu gün Parisə getdiyi kimi ermənilər də Bakıya gedə bilərlər. Kimə lazımdır bu müharibə?".

Rusiyalı jurnalist işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanla bağlı torpaq iddiasına da toxunub:

"Paşinyan indi Gürcüstanla da mübarizəyə başlayıb. İddia edir ki, Samtsxe Cavaxetini Ermənistan ərazisidir. O, bütün dünyanı özlərinki kimi təqdim etməyə hazırdır. Paşinyan deyir ki, mən yanıramsa, bütün dünya mənimlə birlikdə yanmalıdır. Kimə lazımdır bu?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10604   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş