Qardaş ölkədə mədrəsə partladıldı – Ölən və yaralananlar var

Qardaş ölkədə mədrəsə partladıldı – Ölən və yaralananlar varPakistanın Xeybər Pahtunva əyalətində mədrəsədə partlayış baş verib.

BiG.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayışda 7 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb. Yararlılar arasında uşaqların da olduğu bildirilir. Yerli mətbuat orqanlarının məlumatına görə, partlayış Quran dərsi vaxtı baş verib.
Polis rəisi Mənsur Aman, ilkin yoxlama hesabatlarının nəticəsini açıqlayıb. Mənsur Aman, açıqlamasında, partlayış vaxtı 5 kiloqram partlayıcıdan istifadə edildiyini ifadə edib.

Qeyd olunur ki, partlayış yerinə xeyli sayda təcili yardım və xilasetmə qrupları cəlb olunub. Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. /Yeniavaz.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1843   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş