"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ

"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ"Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.

BiG.AZ xəbər verir ki, "Report" sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır.

O cümlədən, saytın "Analitika" bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Qeyd edək ki, məhz bu gün həm də rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatının 1 ayı tamam olur. Haqq yolunda irəliləyən Azərbaycan Ordusunun hər yeni uğurunu böyük qürur hissi ilə təqdim etmək üçün "Report" komandası da, digər media qurumlarımız kimi, gecəli-gündüzlü fasiləsiz fəaliyyət göstərir.

BiG.AZ olaraq, "Report" İnformasiya Agentliyində çalışan həmkarlarımızı 6 yaşları münasibətilə təbrik edir, onlara xəbər bolluğu və hər yeni layihədə uğur arzu edir, tezliklə bütün torpaqlarımızın azad olunması, müharibənin QƏLƏBƏMİZLƏ sona çatması xəbərini verməyi diləyirik!

BiG.AZ-ın bu münasibətlə "Report" Agentliyini təbrik edib daha yaxından tanıtmaq üçün hazırdadığı videoreportajı oxuculara təqdim edirik:

"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ"Report"un 6 yaşı oldu - VİDEOREPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1062   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş